• godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Led İşıqlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Studiya Flaşları
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Portativ Flaşlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Formalaşdırıcılar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Mikrafonlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Monitorlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Fon Sistemləri
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led İşıq Ayağı və Tripodlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Batareya və Şarj Cihazları
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Digər Məhsullar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led ENDİRİMLİ MƏHSULLAR
  • whatsapp-icon

Zəmanət şərtləri

  • Satıcının zəmanət öhdəlikləri yalnız satıcının servisi tərəfindən yerinə yetirilir.
  • Zəmanət müddəti məhsulun alış tarixindən başlayır,  məhsuldan asılı olaraq 12 ay müddətinə zəmanət verilir.
  • Zəmanət xidmətini həyata keçirmək üçün avadanlıq alıcı tərəfindən zəmanət talonu ilə birlikdə  gətirməlidir
  • Avadanlığın sıradan çıxmış hissələri təmir olunma ehdimalı varsa təmir edilir və ya dəyişdirilir. 
  • Təmir yada dəyişdirilmə mümkün olmadığında isə məhsul yenisi ilə əvəz olunur
  • 45 iş günü ərzində təmir oluna bilməyən mallar əmtəə görünüşünün saxlanılması və orjinal qablaşdırılması olduğu halda dəyişdirilir.
  • Təmir müddəti ərzində həmin qurğunun yenisi istehsal edilmirsə, o zaman analoji model ilə dəyişdirilir və ya müştərinin əlavə ödəniş edərək daha üst modeli seçmək imkanı vardır.

Satıcı aşağıda göstərilən hallarda zəmanət öhdəliyi daşımır:

Avadanlıq onun birbaşa təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilmişdirsə; 

Avadanlıq üzərində təmir cəhdlərinin izləri vardırsa; 

Qüsur avadanlığın konstruksiyası və ya sxemində istehsalçının nəzərdə tutmadığı dəyişiklik nəticəsində yaranmışdırsa; 

Qüsur qarşısı alına bilməyən hadisənin təsiri, bədbəxt hadisələr, istehlakçı və ya üçüncü şəxslərin şüurlu və ya ehtiyatsız hərəkətləri nəticəsində yaranmışdırsa;

Qüsur rütubət, yüksək və ya aşağı temperaturlar, paslanma, oksidləşmənin təsiri, avadanlığın içinə yad cisimlərin, maddələrin, mayelərin, həşaratların düşməsi nəticəsində yaranmışdırsa; 

Qüsur avadanlıq istehlakçıya verildikdən sonra yaranmış mexaniki zədələrdən sonra əmələ gəlmişdirsə;

Enerji, telekommunikasiya, kabel şəbəkələrinin qeyri-qənaətbəxş işi və yaxud onların parametrlərinin standartlara uyğun gəlməməyi və ya wifi şəbəkələrinin qeyri-kafi tutumu və radio siqnalın qeyri kafi gücü, o cümlədən, ərazi relyefi və şəhər mühitinin xüsusiyyətləri, avadanlığın şəbəkə təsiri zonasının sərhədində və ya xaricində istifadə edilməsi və digər buna bənzər xarici amillərin təsiri nəticəsində yaranan çatışmazlıqlar; 

Wi-Fi qurğuların tutma məsafəsi və ya onların işləmə sürətinə Godox.az heç bir məsuliyyət daşımır.