• godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Led İşıqlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Studiya Flaşları
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Portativ Flaşlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Formalaşdırıcılar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Mikrafonlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Monitorlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Fon Sistemləri
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led İşıq Ayağı və Tripodlar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Batareya və Şarj Cihazları
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led Digər Məhsullar
  • godox,godox azerbaycan,godox,studiya,studiya mehsullari ,studiya flaslari, studiya led ENDİRİMLİ MƏHSULLAR
  • whatsapp-icon

Müqavilə şərtləri

ALQI-SATQI MÜQAVİLƏSİ № xxxx

Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Direktor Muradbəyli Vasif Arif oğlu şəxsində təmsil olunan“JETCİNEMA”MMC (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən Direktor XXXXX oğlu tərəfindən təmsil olunan "XXXX"MMC (bundan sonra “Alıcı” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:

MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ

  • 1.1. “Satıcı” alıcının təqdim etdiyi sifarişə uyğun olaraq Cihaz və Avadanlıq (bundan sonra “Mal”) Alıcıya təklif edir.
  • “Alıcı” Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

MADDƏ 2 TƏCHİZAT QAYDASI

  • “Satıcı” Malı təhvil verərkən qaiməni alıcıya təqdim edir.
  • “Alıcı” Malı müvafiq qaydada təhvil alıb ,qaiməni imzaladıqdan sonra “Satıcı”müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş sayılır.
  • Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz.

MADDƏ 3.HESABLAŞMA QAYDASI

  • “Alıcı” tərəfindən ödəniş qaimə-fakturada göstərilən qiymət əsasında köçürmə yolu ilə əsas məbləği “Satıcının” Bank hesabına ƏDV məbləğini ƏDV depozit hesabına köçürülür.
  • Alınan malların ödənişi qarşılıqlı razılaşma əsasında ya öncədən ,ya da ən geci 10 iş günü ərzində həyata keçrilir.
  • Vaxtında ödənilməyən borclarla bağlı mübahisə məhkəmə orqanlarında həll olunarsa,vaxtı ötmüş borcun hər 30(otuz) günü üçün 3% dəbbə pulu hesablanacaq.

MADDƏ 4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ.

  • “Tərəflər öz vəzifələrini yerinə yetirmədikləri halda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
  • Tərəflərdən hər hansı biri bu Müqavilədə göstərilən öhdəlikləri mütəmadi pozduqda,digər tərəf müqaviləyə xitam verilməsi haqqında məsələ qaldıra bilər
  • Müqaviləyə xitam verilməsi tərəfləri yerinə yetrilməyən öhdəliyə görə məsuliyyətdən azad etmir

MMADDƏ 5.MÜBAHİSƏLƏRİN HƏLLİ

  • Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər.
  • Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.

MADDƏ  6.    FORS-MAJOR

  • Müqavilə üzrə öhdəliklərin icrasının fors-major hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan Tərəf  (yanğın, daşqın, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər Tərəfi 15 (on beş) gün ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların Müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir.
  • Bu öhdəlikləri yerinə yetirməyən Tərəf digər Tərəfin xəbərdar olunmaması nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır.
  • Fors-major halların 1 (bir) aydan artıq müddətdə davam etdiyi təqdirdə Tərəflərdən hər biri digər tərəfi yazılı qaydada xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir və bu halda hər hansı bir kompensasiya ödənilmir. 

MADDƏ 7.    DİGƏR ŞƏRTLƏR

  • Bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir.
  • Tərəflərdən hər biri digər Tərəfi 1 (bir) ay qabaqcadan yazılı formada (səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmiş) xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir.
  • Müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə malikdir və Müqavilənin ayrılmaz tərkib hissəsidir.
  • Tərəflər bu Müqavilə ilə bağlı kommersiya sirri təşkil edən məlumatları digər tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verməməyi öhdələrinə götürürlər və belə məlumatları gizli saxlayırlar. Bu bəndin müddəaları Müqaviləyə xitam verildikdən sonra 1 (bir) il ərzində öz qüvvəsini saxlayır.
  • Müqavilə 3 (üç) səhifədən ibarətdir,  Azərbaycan dilində tərtib olunmuşdur və Tərəflərə təqdim olunur.